• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Jeep” qaçırıb qəza törətdi

HADİSƏ

24 Fevral 2023 | 10:43

“Jeep” qaçırıb qəza törətdi

Fevralın 19-da saat 1 radələrində Səbail rayonu ərazisindən “Jeep” markalı avtomobilin qaçırılması barədə 39-cu Polis Bölməsinə daxil olan məlumatla əlaqədar keçirilən əməliyyat tədbirləri nəticəsində həmin avtomobillə Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədilməsi müəyyən olunub.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, avtomobil Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müvəqqəti duracağa yerləşdirilib.

39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda və yol qəzası törədərək hadisə yerini tərk etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Kamran Nərimanlı müəyyən olunaraq saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026