Ucarda zəncirvari yol- nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün rayon ərazisində qeydə alınıb. "VAZ 2106", "VAZ 2107" və "KİA" markalı minik avtomobilləri toqquşub. Nəticədə, rayonun Qazıqumlaq kənd sakinləri, 1959 -cu il təvəllüdlü Həqiqət Kərim qızı Rüstəmova və 1953-cü il təvəllüdlü Zal Hacı oğlu Rüstəmov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. /APA




















