Ağdaşın Ləki qəsəbəsində ağır tonnajlı yük maşınında (TIR) yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə Bakı-Qazax yolunun Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hazırda Ağdaş yanğından mühafizə hissəsinin əməkdaşları ərazidədir. Söndürmə işləri aparılır. Yağının hansı səbəbdən baş verdiyi hələ məlum deyil. /APA
















