Bakıda gecə saatlarında iki avtomobil yanıb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, hadisələrdən biri Xəzər rayonunda qeydə alınıb. Belə ki, “QAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Digər hadisə isə Nəsimi rayonunda olub. “Mazda” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.
Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















