• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Qaçırılan avtomobillə qəza törətdi

HADİSƏ

24 May 2023 | 10:14

Qaçırılan avtomobillə qəza törətdi

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, mayın 21-də saat 13 radələrində Binəqədi rayonunun S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini İ.Cəfərova məxsus “Mercedes Vito” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini avtoyuma məntəqəsində işləyən Kürdəmir rayon sakini Fərid Rzayevin qaçırması və Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunub.

F.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026