• Bakı 27° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Beşmərtəbəli binadakı yanğın söndürüldü  - YENİLƏNİB

HADİSƏ

23 Iyun 2023 | 09:49 | Müəllif: Qalib İbrahimoğlu

Beşmərtəbəli binadakı yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən saat 09:29-da tam söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində binanın dam örtüyündəki yanğının mənzillərə keçməsinə imkan verilməyib. Həmçinin, hadisə zamanı xəsarət alan olmayıb.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri iştirak edib.

 

09:14

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a  FHN-dən bildirilib.

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

***

09:04

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Məlumata görə, yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

08:53

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanların tətbiq edilməsi ilə yanğınsöndürmə işləri davam etdirilir. 

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. 

Əlavə məlumat veriləcək.


Beşmərtəbəli binadakı yanğın söndürüldü - YENİLƏNİBBeşmərtəbəli binadakı yanğın söndürüldü - YENİLƏNİBBeşmərtəbəli binadakı yanğın söndürüldü - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026