• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zaqatalada ağır yol qəzası - Xəsarət alanlar var

HADİSƏ

22 Iyul 2023 | 12:31

Zaqatalada ağır yol qəzası - Xəsarət alanlar var

Zaqatalada iki minik avtomobili toqquşub, sürücülərdən biri xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə saat 11 radələrində Zaqatala şəhər ərazisində Tala çayı üzərində tikilmiş Asma körpünün girişində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı və "Opel" markalı iki minik avtomobili toqquşub. Qəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmməd oğlu Əhmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026