• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Coratda DƏHŞƏTLİ QƏTL: Anasını öldürdü, qardaşını yaraladı - YENİLƏNİB

HADİSƏ

21 Avqust 2023 | 09:20 | Müəllif: Subhan Mahmudov

Coratda DƏHŞƏTLİ QƏTL: Anasını öldürdü, qardaşını yaraladı - YENİLƏNİB

Sumqayıtda qadını öldürüb oğlunu yaralayan şəxsin kimliyi müəyyənləşib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, polis əməkdaşları tərəfindən anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlu saxlanılaraq istintaqa təhvil verilib.

***

08:27

Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-ci il təvəllüdlü Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 2012-ci il təvəllüdlü oğlunun xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026