Zaqatalada 9 yaşlı uşağı maşın vurub.
Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki,hadisə axşam saatlarında Zaqatala şəhəri Kür-Araz adlanan yaşayış masivi ərazisində baş verib.
Zaqatala şəhər sakini Rüstəm Xəlilov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə rayonun Gözbarax kənd sakini 2014-cü il təvəllüdlü Renad Afər oğlu Əliyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






jpeg-1695128993.webp)






jpg-1695100094.webp)


