• Bakı 26° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Masallıda 25 yaşlı gənc bıçaqlandı: Şübhəli şəxslər saxlanıldı - YENİLƏNİB

HADİSƏ

18 Sentyabr 2023 | 23:48

Masallıda 25 yaşlı gənc bıçaqlandı: Şübhəli şəxslər saxlanıldı - YENİLƏNİB

Masallı rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, qətli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Belə ki, qətlə yetirilən Elməddin Kərimovla Masallı rayonunun Viləş kənd sakini Fuad Əsgərov arasında şəxsi zəmində mübahisə baş verib. Bu zaman Fuad Əsgərov dostu, Masallı rayonunun Qızılağac kənd sakini Höccət Soltanova zəng edib. Hər üç şəxs "Olimpiya kompleksi" deyilən ərazidə mübahisəyə son vermək üçün görüşüblər. Bu zaman Höccət Soltanov üzərində olan bıçaqla Elməddin Kərimovu ürək nahiyəsindən bıçaqlayıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. E.Kərimov aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən Fuad Əsgərov və Höccət Soltanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunublar.

Faktla bağlı Masallı Rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

23:25

Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxs Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanovdur.

Faktla bağlı araşdırma aparılır.

19:01

Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

18:42

Masallı rayonunda 25 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Musaküçə kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərim oğlu Kərimov yaralı halda, təcili yardım xidmətinin köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətlin hansı səbəbdən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır./report


SON XƏBƏRLƏR

20 Iyul 2024