• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Maşını aşıran sürücü öldü - FOTO

HADİSƏ

22 Iyul 2023 | 11:25

Maşını aşıran sürücü öldü - FOTO

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, hadisə Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 18 yaşlı Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb. Xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, sürücü orada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.


Maşını aşıran sürücü öldü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR