• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qubada təbii fəlakətin faciəyə çevrilmə səbəbkarı kimdir? - VİDEO

HADİSƏ

22 Iyun 2023 | 19:23 | Müəllif: Qalib İbrahimoğlu

Qubada təbii fəlakətin faciəyə çevrilmə səbəbkarı kimdir? - VİDEO

Qubanın İkinci Nügədi kəndindən keçən Qaraçay çayına gələn sel kənd sakinlərinə məxsus torpaq və təsərrüfat sahələrinə ziyan vurub.

Bakıvaxtı.az xəbər verir ki, sel suları avtomobillərin intensiv hərəkət etdiyi ərazidəki körpünün beton dayaqlarının da yuyulmasına səbəb olub. Bu isə körpünü uçma təhlükəsi ilə üz-üzə qoyub.

Məsələ ilə bağlı Quba Suvarma Sistemləri İdarəsindən bildirilib ki, növbəti ildə ərazidə beton bəndin inşası nəzərdə tutulub.

Həmçinin qeyd edilib ki, ərazidə sel təhlükəsini yaradan amillərdən biri də daş karxanalarının qanunsuz fəaliyyətidir. 

Belə ki, karxanalar tərəfindən çay yatağının 20-30, bəzi yerlərdə isə hətta 50 metr qazılması çay məcrasını dəyişir. Bu da öz növbəsində çay sahilinin yuyulmasına səbəb olur.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026