• Bakı 10° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kürdəmirdə zəncirvari qəza - Xəsarət alanlar var

HADİSƏ

23 May 2023 | 15:03

Kürdəmirdə zəncirvari qəza - Xəsarət alanlar var

Kürdəmirdə zəncirvari qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunda, rayonun Karrar kəndi ərazisində qeydə alınıb. "VAZ 2106" markalı minik maşını dönmə əməliyyatı edərkən hərəkətdə olan "Volkswagen" markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən idarəetmədən çıxan "Volkswagen" markalı maşın qarşıdan gedən, kənd təsərrüfatı məhsullu ilə yüklənmiş "Mercedes" markalı mikroavtobusa çırpılıb. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində rayonun Pirli kənd sakinləri - 1965-ci il təvəllüdlü Mübariz Abdulla oğlu Zeynalov, 1966-cı il təvəllüdlü Sənan Hökməli oğlu Əhmədov və Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Rəşad Novruz oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026