Bakıda Gürcüstan vətəndaşı bıçaqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində yerləşən “Zəfəran” kafesində qeydə alınıb.
Gürcüstan Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü Hüseynov Aftandil Samir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.
















