• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəmkirdə BIÇAQLANMA: Bir ailənin 3 üzvü...

HADİSƏ

24 Fevral 2023 | 08:47 | Müəllif: Qalib İbrahimoğlu

Şəmkirdə BIÇAQLANMA: Bir ailənin 3 üzvü...

Şəmkirdə bıçaqlanma olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Qeyd olunub ki, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, araşdırmalar nəticəsində qeyd olunan şəxslərə xəsarətləri yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026