• Bakı 23° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Bu ərazilərdə qanunsuz ağac kəsilməsi aşkarlandı

HADİSƏ

28 Sentyabr 2022 | 09:39

Bu ərazilərdə qanunsuz ağac kəsilməsi aşkarlandı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin keçirdiyi növbəti nəzarət tədbirləri zamanı İsmayıllı və Tovuz rayonları ərazilərində ağac, kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkarlanıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı yaşıllıqların İsmayıllı rayon sakini Rəşid İsmayılov, Tovuz rayon sakini Nabil Məmmədov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 10820 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

O qeyd edib ki, faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026