• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

38 yaşlı kişi faciəvi şəkildə öldürüldü

HADİSƏ

28 Sentyabr 2022 | 09:25

38 yaşlı kişi faciəvi şəkildə öldürüldü

Bakıda qətl hadisəsi baş verib.

Suraxanı rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən xəbərə görə, sentyabrın 27-i saat 04 radələrində Suraxanı rayonu ərazisində 1984-cü il təvəllüdlü Əfqan Qədəşovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Səbuhi Zülalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Əfqan Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbuhi Zülalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026