• Bakı 12° C

    8.54 m/s

  • USD - 1.7

    EUR - 1.8303

    RUB - 0.0186

Bakıda restoranda partlayış - xəsarət alanlar var

HADİSƏ

14 May 2021 | 18:09

Bakıda restoranda partlayış - xəsarət alanlar var

Bakı şəhərinin Səbail rayonunda restorana aid həyətyanı ərazidə hər birinin tutumu 40 litr olan 3 ədəd məişət qaz balonundan biri partlayıb, digər iki balonun başlıq hissəsi, həmçinin taxta tullantıları 30 m² sahədə yanıb.

Bakıvaxtı.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində dördnəfər (restoran işçisi) yanıq xəsarətləri alıb. Xəsarət alanlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunaraq təcili tibbi yardım briqadasına təhvil veriliblər.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.


SON XƏBƏRLƏR

07 May 2024