• Bakı 25° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Bakıda təcili tibbi yardım maşını aşdı - VİDEO

HADİSƏ

05 Dekabr 2024 | 16:06

Bakıda təcili tibbi yardım maşını aşdı - VİDEO

Bakıda təcili tibbi yardım avtomobili aşıb.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı təcili tibib yardım avtomobili digər nəqliyyat vasitəsilə toqquşandan sonra aşıb. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

TƏBİB-dən soğruğumuza cavab olaraq bildirilib ki, hadisə bu gün 12:40 radələrində baş verib.

“Xəzər rayonunun Mərdəkan qəsəbəsində Xəzər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sanitar avtomobili qəzaya uğrayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır”, - məlumatda vurğulanıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026