Ağdamda intihar hadisəsi olub.
Bakıvaxtı.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində baş verib.
58 yaşlı İsmayılov Mehdiağa Əliqara oğlu yaşadığı evin həyətyanı sahəsində yerləşən talvardan özünü asıb. Məlumata əsasən, mərhum xərçəng xəstəsi olub.
Faktla bağlı araşdırma aparılır.