• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Yaşayış binasındakı restoranda yanğın oldu

HADİSƏ

04 Yanvar 2025 | 14:53

Yaşayış binasındakı restoranda yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, S.Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində səkkizmərtəbəli yaşayış binasında fəaliyyət göstərən restoranın tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində binanın damında quraşdırılmış havatəmizləyici qurğunun mühərrik hissəsi yanıb.

    Restoran və bina yanğından mühafizə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Noyabr 2026