Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində maşın piyadanı vuraraq öldürüb.
Bakıvaxtı.az xəbər verir ki, yanvarın 2-də saat 21:00 radələrində Əlizadə Tapdıq Sahib oğlu etibarnamə əsasında idarə etdiyi “Opel Vektra" markalı avtomobillə yolu keçən 1978-ci il təvəllüdlü piyada Rzayevə Elnarə Polad qızını vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və istintaqı aparılır.