• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirildi - YENİLƏNİB

CƏMİYYƏT

15 Noyabr 2023 | 16:22

Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirildi - YENİLƏNİB

Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən Türk Dünyası II Meteorologiya Forumu başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəhbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edib.

Forumun yekununda qərar qəbul edilib ki, növbəti tədbir Özbəkistanda keçiriləcək.

 

10:20

Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Türk Dünyası II Meteorologiya Forumu keçirilir.

Bakıvaxtı.az  xəbər verir ki, forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edir.

Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən forum BMT-nin İnkişaf Proqramının dəstəyi ilə baş tutur.

Xatırladaq ki, birinci forum iki il bundan əvvəl Türkiyənin Ankara şəhərində keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026