• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Yenidoğulmuş körpənin ölməsi ilə bağlı cinayət işi başlanıb

CƏMİYYƏT

15 Dekabr 2023 | 16:09

Yenidoğulmuş körpənin ölməsi ilə bağlı cinayət işi başlanıb

Yenidoğulmuş uşağın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Sabirabad rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən xəbərə görə, cari ilin avqustun 5-də Nigeriya Respublikası vətəndaşı Osabuohien Glory Abiesin “Sabirabad RMX” PHŞ-nın Regional Perinatal Mərkəzin doğum evində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla qeyd olunan xəstəxananın həkimləri tərəfindən doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlərin icra edilməməsi, doğuş prosesinin başa çatdırılma üsulunun diaqnoza uyğun düzgün seçilməməsi, həmçinin yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində uşağın doğuşdan bir gün sonra ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026