• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakı hava limanı ştat rejimdə çalışır - FOTO

CƏMİYYƏT

14 Yanvar 2024 | 13:29 | Müəllif: Subhan Mahmudov

Bakı hava limanı ştat rejimdə çalışır - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə çalışaraq uçuşların cədvəl üzrə həyata keçirilməsini təmin edir.

Aeroportdan Bakıvaxtı.az-a verilən məlumata görə, kompleks hazırlıq işləri çərçivəsində Bakı aeroportu çətin hava şəraitində etibarlı hava hərəkətini təmin etməyə tam hazırdır.

Texniki park tam təchiz olunub, hava limanında uçuş-enmə zolaqlarının, yolların və təyyarələrin buzlaşma əleyhinə maye ilə təmizlənməsi üçün daima bütün zəruri işlər aparılır.

Aerodroma cəlb edilən resurslar növbəti gün üçün hava proqnozuna uyğun hazırlanıb ki, bu da dəyişikliklərə tez reaksiya verməyə və mümkün mənfi təsirləri minimuma endirməyə imkan verir.

Təyyarələrə texniki qulluq və sərnişinlərə xidmət də planlı şəkildə həyata keçirilir.


Bakı hava limanı ştat rejimdə çalışır - FOTOBakı hava limanı ştat rejimdə çalışır - FOTOBakı hava limanı ştat rejimdə çalışır - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026