Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.
Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Verilən məlumatına görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklərlə Abşeron yarımadasına daxil olub.
Dumanlı hava şəraitinin fevralın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Hazırda Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir.
















