• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sosial şəbəkələrdə pirotexniki vasitələr satanlar TUTULDU

CƏMİYYƏT

15 Dekabr 2023 | 15:09

Sosial şəbəkələrdə pirotexniki vasitələr satanlar TUTULDU

Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin ölkə ərazisində satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbirlərlə sosial şəbəkələr vasitəsi ilə paytaxt ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən daha 2 nəfər müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, onlardan ümumilikdə 1246 ədəd yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Araşdırmalar davam etdirilir. 
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, tezalışan maddələr və pirotexniki vasitələr insanların sağlamlığı ilə yanaşı ətraf mühitə qarşı da ciddi təhlükədir. Bu vasitələr insanda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına və müxtəlif dərəcəli yanıqlara yol aça bilər.


Sosial şəbəkələrdə pirotexniki vasitələr satanlar TUTULDUSosial şəbəkələrdə pirotexniki vasitələr satanlar TUTULDU
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026