• Bakı 15° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Ağsuda şirkəti qarət edən qohumlar saxlanıldı

CƏMİYYƏT

15 Dekabr 2023 | 14:45

Ağsuda şirkəti qarət edən qohumlar saxlanıldı

Ağsuda şirkətdən oğurluq edən qohumlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, noyabr ayında rayon ərazisində fəaliyyət göstərən şirkətlərin birindən kondisionerlərin oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər, həmin şirkətdə çalışan Fərid Mütəllimzadə və onun qohumu Hüseyn Mirzəyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Fərid Mütəllimzadə işlədiyi yerdən oğurluq etməyi əvvəlcədən planlaşdırıb və kondisionerləri daşımağa ona köməklik etməsi üçün H.Mirzəyevi də cinayətə ortaq edib.

Oğurladıqları kondisionerlərdən ikisi F.Mütəllimzadənin yaşadığı evdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb, birini isə Şamaxı rayonuna apararaq orada satdıqları müəyyən edilib. 

Faktla bağlı Ağsu rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.


Ağsuda şirkəti qarət edən qohumlar saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026