• Bakı 15° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO

CƏMİYYƏT

13 Iyul 2025 | 23:49 | Müəllif: Subhan Mahmudov

Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO

Laçın rayonunun Pircahan kəndindən olan Yusif Nəcəfov və həyat yoldaşı Bahar Nəcəfova Bakıdan Laçına piyada gediblər.

Bakıvaxtı.az  “teleqraf.com”a istinadən xəbər verir ki, cütlük Laçın erməni işğalından azad olunarsa, doğma yurdlarına piyada getməyi əhd edibmiş.

Məlumata görə, Y.Nəcəfov Əfqanıstan və Birinci Qarabağ müharibələrinin veteranıdır. 2010-cu ildə ailəsi ilə birlikdə Avropaya köçüb. Ailəlidir, iki övladı var.

Y.Nəcəfov və B.Nəcəfova əhdini yerinə yetirmək üçün Avropadan Azərbaycana qayıdıb. Onlar təxminən 418 kilometr məsafəni piyada qət edərək Laçına çatmağı bacarıblar.

Cütlüyün Laçına piyada yürüşü ilə bağlı videonu təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026