• Bakı 19° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Mahmudçalada balıqların kütləvi ölümünün səbəbi açıqlanıb - YENİLƏNİB - RƏSMİ

CƏMİYYƏT

12 Avqust 2025 | 17:06

Mahmudçalada balıqların kütləvi ölümünün səbəbi açıqlanıb - YENİLƏNİB - RƏSMİ

Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatına səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısında yerləşən bəndin açılması olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Belə ki, bu səbəbdən kollektorun suyunun Xəzər dənizinə axıdılması bərpa olunub.

"Nəticədə Mahmudçala ovçuluq təsərrüfatı ilə kollektor arasında su səviyyəsində yaranan fərqə görə kollektor istiqamətinə suyun geri axını baş verir. Bu proses zamanı su ilə birlikdə bəzi balıqların da kollektor istiqamətində hərəkət etməsi və qismən tələf olması halları müşahidə edilə bilər", - məlumatda vurğulanıb.

***

13:20

Biləsuvar rayonunda yerləşən Mahmudçala ovçuluq təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, bir neçə gündür ki, sözügedən təsərrüfat ərazisində suyun səviyyəsinin kəskin azalması balıqların kütləvi tələfatına səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR