• Bakı 17° C

    2.69 m/s

Bakıda yenə yağış yağdı, küçələri su basdı – “Azərsu”dan AÇIQLAMA

CƏMİYYƏT

28 Sentyabr 2021 | 11:29

Bakıda yenə yağış yağdı, küçələri su basdı – “Azərsu”dan AÇIQLAMA

Bu gün səhər saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri Nəsimi, Binəqədi, Yasamal rayonunda küçələri su basıb. Bu səbəblə həmçinin yollarda tıxac yaranıb.

Videonu təqdim edirik: 

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bakıvaxtı.az-a bildirib ki, şəhərin şərq hissəsinə yağıntı düşməyib:

“Əsas yağıntı Binəqədi, Yasamal və Nəsimi rayonu ərazilərində müşahidə olunub. Subasma halı Binəqədi yolunda, yəni Azadlıq prospektinin qurtaracaq hissəində yaranıb. Bu da məhz yağıntının intensiv olması ilə əlaqədardır. Lakin yağış səngidikdən sonra qısa müddətdə su çəkilib. Hal-hazırda şəhərin heç bir yerində subasma halları yaşanmır. Səhər saatlarında bu qədər subasma halının yaşanması kallektorların su ilə tam dolmasına görə olub, buna görə də küçələrdə su yığılıb qalıb. Kallektorlar eyni vaxtda böyük həcmli suyu daşıya bilməyib”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026