• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

BAM-ın veteranı: Heydər Əliyev dəmir iradəli, eyni zamanda, insanlara qarşı həssas biri idi

DÜNYA

22 Aprel 2024 | 22:25

BAM-ın veteranı: Heydər Əliyev dəmir iradəli, eyni zamanda, insanlara qarşı həssas biri idi

Heydər Əliyev dəmir iradəli, eyni zamanda insanlara qarşı həssas biri idi.

Bakıvaxtı.az xəbər verir ki, bunu 1980-1990-cı illərdə Baykal-Amur magistral xəttinin (BAM) tikintisində iştirak etmiş "BAM birliyi" ümum-Rusiya ictimai təşkilatının prezidenti Efim Basin deyib.

"O mənim taleyimdə böyük rol oynayıb. Heydər Əliyevin BAM-ın tikintisini ziyarət etməsini yaxşı xatırlayıram", - deyə o, xatirələri ilə bölüşüb.

O həmçinin vurğulayıb ki, azərbaycanlı inşaatçılar BAM-da iki qəsəbə salıblar.

"Azərbaycan yeganə respublikadır ki, BAM-da öz nümayəndələrinə verdiyi vədləri yerinə yetirib, onları mənzillə təmin edib. Bu o deməkdir ki, Heydər Əliyevin adı xalqlarımızın dostluğunun simvolu olub", - Basin əlavə edib.

Eyni zamanda, o, Rusiya və Azərbaycan prezidentlərini iyulun 8-də Tında şəhərinə BAM-ın ildönümünü qeyd etməyə dəvət edib.


SON XƏBƏRLƏR

26 Iyul 2024