• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Estoniya Rusiya ilə sərhəd yaxınlığında hasar çəkəcək

DÜNYA

22 May 2024 | 18:06 | Müəllif: Gülşən Şərif

Estoniya Rusiya ilə sərhəd yaxınlığında hasar çəkəcək

Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd ərazinin ətrafında hasar çəkmək qərarına gəlib.

Bakıvaxtı.az Estoniyanın "ERR" saytına istinadən xəbər verir ki, bunu Estoniyanın daxili işlər naziri Lauri Lanemets  deyib.

Onun sözlərinə görə, "Tallinn Saatse Boot" adlanan ərazidə Şərq sərhədinin yaradılması üzrə aparılan işlər genişləndiriləcək.  

"Rusiya ilə heç bir torpağı dəyişdirmək fikrində deyilik. Ona görə də biz bu hasarı tikməliyik. Hökumət bunun üçün vəsait ayırmalı olacaq. Buna görə də  təxminən 4 milyon avroluq vəsaitə ehtiyac var". - deyə nazir qeyd edib.

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026