• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Baerbok Yaxın Şərqə səfər edəcək

DÜNYA

21 Iyun 2024 | 15:41

Baerbok Yaxın Şərqə səfər edəcək

Almaniyanın xarici işlər naziri Annalena Baerbok gələn həftə Yaxın Şərqə səfər edəcək.

Bakıvaxtı.az bu barədə “Al Jazeera”ya istinadla xəbər verir.

Məlumata görə, Baerbok bazar ertəsi Lüksemburqda Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündən sonra İsrailə gedəcək.

Belə ki, İsrail-Həmas müharibəsi başlayandan bəri bir neçə dəfə bölgəyə səfər etmiş Baerbok İsrailə gəldikdən sonra Herzliya Təhlükəsizlik Konfransında çıxış edəcək.

Çərşənbə axşamı onun, işğal altındakı İordan çayının qərb sahilində yerləşən Ramallahda Fələstinin baş naziri Məhəmməd Mustafa ilə danışıqlar aparacağı bildirilib.

Həmçinin Baerbok Qüdsdə İsrailin xarici işlər naziri İsrael Katz ilə də görüşəcək.

Daha sonra o, Beyrutdakı rəsmilərlə, o cümlədən miqrasiya naziri ilə danışıqlar aparmaq üçün Livana gedəcək.

Nazirlik sözçüsü, Baerbokun rəsmilərlə müzakirələrində Qəzzadakı müharibə və davam edən fəlakətli humanitar vəziyyət, eləcə də israillilərə və fələstinlilərə təhlükəsiz şəraitdə birlikdə yaşamağa imkan verən gələcəyin necə görünə biləcəyi sualına diqqət yetirəcəyini söyləyib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Oktyabr 2024