• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aİ Gürcüstana qarşı sanksiyaları müzakirə edəcək

DÜNYA

21 Iyun 2024 | 16:33

Aİ Gürcüstana qarşı sanksiyaları müzakirə edəcək

İyunun 24-də Avropa İttifaqının xarici işlər nazirləri xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstana qarşı mümkün sanksiyaları müzakirə edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Euractiv” portalı sənəd layihəsinə istinadən xəbər verir .

Qeyd olunur ki, Brüssel Avropa İttifaqı ilə Gürcüstan arasında assosiasiya sazişi çərçivəsində yüksək səviyyəli ikitərəfli səfərlərin və tədbirlərin dayandırılması, eləcə də ikitərəfli sazişlərin imzalanmasının dondurulması imkanlarını nəzərdən keçirir.

Həmçinin, Aİ ölkələri sanksiya siyahısına yüksək vəzifəli Gürcüstan məmurlarını da əlavə edə, həmçinin vətəndaş cəmiyyətinin və müstəqil medianın inkişafı layihələrinin maliyyələşdirilməsini dayandıra bilər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026