• Bakı C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

Baş nazir: Azərbaycan tranzit imkanlarını AİƏT üzv ölkələrə təqdim edir

SİYASƏT

31 Yanvar 2025 | 14:10

Baş nazir: Azərbaycan tranzit imkanlarını AİƏT üzv ölkələrə təqdim edir

Azərbaycan üzərindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Avrasiya hökumətlərarası Şuranın iclasında deyib.

Baş nazir bildirib ki, Azərbaycan ərazisi üzərindən yüklərin daşınması sabit templə artır,

ötən il tranzit daşımaların həcmi 8% artıb: “Yükdaşımaların artım dinamikasını nəzərə alaraq, biz nəqliyyat dəhlizlərin imkanlarının genişləndirilməsi istiqamətində fəal addımlar atırıq. Azərbaycanda dəmir yolu, avtomobil yolu və liman infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq işlər aparılır. Bu imkanlarımızı həvəslə Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatındakı tərəfdaşlarımıza təqdim edirik”.

Əli Əsədov nəzərə çatdırıb ki, keçən il Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə Azərbaycan arasında ticarət dövriyyəsi 14 faizdən çox artıb.


SON XƏBƏRLƏR