• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Bayden: Regional müharibə başlaya bilər

DÜNYA

11 Avqust 2024 | 19:17 | Müəllif: Subhan Mahmudov

Bayden: Regional müharibə başlaya bilər

Yaxın Şərqdə baş verənlər asanlıqla regional müharibəyə çevrilə bilər, lakin Qəzza zolağında atəşkəs hələ də mümkündür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden CBS telekanalına müsahibəsində deyib.

“2025-ci ilin yanvarında vəzifəsini tərk etməzdən əvvəl Qəzzada atəşkəsin mümkünlüyünə inanırsınızmı?” sualına Bayden belə cavab verib:

"Bəli. Hələ də mümkündür. Mənim hazırladığım, G7 tərəfindən təsdiqlənən, BMT Təhlükəsizlik Şurası və digərləri tərəfindən təsdiqlənən atəşkəs planı hələ də qüvvədədir. Hər gün və bütün komandamla vəziyyətin regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün çalışıram. Ancaq bu asanlıqla baş verə bilər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026