İran Polis Təşkilatının baş komandanı briqada generalı Əhməd Rza Radan ölkədəki miqrasiya durumu ilə bağlı danışıb.
Bakıvaxtı.az bu barədə İran mediasına istinadla xəbər verir.
Radan bildirib ki, hökumət 2025-ci ilin mart ayına qədər ölkədəki təxminən 2 milyon qeyri-qanuni immiqrantı deportasiya etməyi planlaşdırır.
Digər tərəfdən, İran ölkənin şərqində Əfqanıstanla sərhəddə 930 kilometr uzunluğunda divar inşa etməyə başlayıb.
Qeyd edə ki, ölkənin Daxili İşlər Naziri İsgəndər Mumini sentyabrın 6-da verdiyi açıqlamada ölkədə qeyri-qanuni mühacirlərin bir çox problemlərə səbəb olduğunu və onların ən qısa zamanda deportasiya ediləcəyini bildirib.
Əli Hüseynov







jpg-1728564443.webp)






