• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bayramovla Fayon Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib

SİYASƏT

17 Aprel 2025 | 13:09

Bayramovla Fayon Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib

2026-cı ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

    Nazir bildirib ki, iki ölkə arasında dialoqu intensivləşdirmək və həyata keçirmək məqsədilə yüksəksəviyyəli səfərlərin həyata keçirilməsi barədə müzakirələr aparılıb: “Bu gün ilk dəfə iki ölkə arasında iqtisadi sahədə İşçi Qrupunun iclası keçirilib. Görüş zamanı Balkanlarda və Cənubi Qafqazda olan təhlükəsizlik məsələləri barədə müzakirələr apardıq. Hər iki ölkə üçün əhəmiyyət kəsb edən qlobal təhlükəsizlik məsələləri də bu gün müzakirə edilib”.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025