• Bakı 15° C

    1.83 m/s

BDYPİ-dən sürücülərə xəbərdarlıq 

CƏMİYYƏT

07 Mart 2025 | 11:46

BDYPİ-dən sürücülərə xəbərdarlıq

BDYPİ sürücülərə xəbərdarlıq edib.

Bu barədə Bakıvaxtı.az-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar martın 6-dan başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyd-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.


BDYPİ-dən sürücülərə xəbərdarlıqBDYPİ-dən sürücülərə xəbərdarlıq
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR