“İşğaldan azad olunmuş ərazilərdə könüllük prinsipinin necə həyata keçirilməsi ilə bağlı qanun olmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında Fazil Mustafa deyib.
“Vətəndaşın bu prosesdə necə iştirak etməsi çox önəmlidir”.
“İkinci məsələ konstitusiya ilə bağlıdır. Nə qədər vurub-çıxsaq da icra-hakimiyyəti, nümayəndələr və s. arasında böyük qarışıqlıqlar var. Vətəndaşlar çətinlik çəkir. Kimdən nəyi tələb edəcəyini bilmir. Əvvəllər hamı bilirdi ki, rayonun bir icrası var və hər işi o edir. Bələdiyyələrdən bağlı 28 qanun icra olunub, ancaq onun kağız yığmaqdan başqa səlahiyyəti yoxdur. Prezidentimiz də söylədi onlara yerli idarə etmə hüququ tanıyır, ancaq hər hansə cəlbedici maddə olmalıdır”.
Aytac Aslan