• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məktəblilərin payız tətili olmayacaq? - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

01 Noyabr 2023 | 12:23 | Müəllif: Qalib İbrahimoğlu

Məktəblilərin payız tətili olmayacaq? - RƏSMİ AÇIQLAMA

Noyabrın 16-dan Azərbaycan məktəblərində şagirdlərin payız tətili başlayacaq.

Bakıvaxtı.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, şagirdlərin 5 günlük payız tətili  noyabrın 16-dan 20-dək olacaq.

Bu arada 8 Noyabr Zəfər Günü, 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. Baş nazir Əli Əsədov bununla bağlı imzaladığı qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, noyabr ayında ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.

Cəmiyyət arasında tətil günləri ilə bağlı qarışıq fikirlər yayılıb. Belə ki, bir çox insan məktəblilərin tətil günlərinin də bayram tətili günləri ilə birləşdiriləcəyini iddia edir.

Bakıvaxtı.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərib.

Sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı rəsmi məlumat olduğu halda Elm və Təhsil Nazirliyinin rəsmi məlumat mənbələrində yayımlanacaq.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026