• Bakı 6° C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Daha bir uşaq qızılcadan öldü - RƏSMİ - YENİLƏNİB

CƏMİYYƏT

01 Dekabr 2023 | 11:52

Daha bir uşaq qızılcadan öldü - RƏSMİ - YENİLƏNİB

2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub.

Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15 radələrində vəfat edib.

Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb./APA

***

09:41

Sabirabadda 1 yaşlı uşaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, A.N (şərti ad) xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub.

İlkin araşdırmalarla onun qızılcadan öldüyü ehtimal edilir.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026