• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Arxeoloji ekspedisiyaların fəaliyyət müddəti ARTIRILDI

CƏMİYYƏT

01 Noyabr 2023 | 11:25

Arxeoloji ekspedisiyaların fəaliyyət müddəti ARTIRILDI

Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydalarında dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Ekspedisiyanın fəaliyyəti 30 (otuz) gündən (arxeoloji ekspedisiyalarda 60 (altmış) gündən) çox davam edərsə, ekspedisiya yenidən yaradılacaq və smeta xərcləri hər ay yenidən təsdiq ediləcək.

Bir ekspedisiyanın fəaliyyət müddəti arxeoloji ekspedisiyalarda ən çox 60 (altmış) gün) nəzərdə tutulacaq. İndiyə qədər bir ekspedisiyanın fəaliyyət müddəti ən çox 30 (otuz) gün nəzərdə tutulurdu. Qərara əsasən, ekspedisiyanın şəxsi heyətinə də dəyişiklik edilib. Arxeoloji ekspedisiyalarda 10 nəfər mülki-hüquqi müqavilə əsasında işə götürülən işçilər ekspedisiyanın şəxsi heyətini təşkil edə biləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR