• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu marşrut xətləri də “BakıKart”a qoşulur

CƏMİYYƏT

01 Noyabr 2023 | 11:31

Bu marşrut xətləri də “BakıKart”a qoşulur

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin keçirdiyi müsabiqənin nəticələrinə uyğun olaraq noyabrın 1-dən 592 nömrəli (Xırdalan şəhəri – Görədil kəndi) müntəzəm marşrut xətti üzrə “Xaliq Faiqoğlu” şirkəti sərnişinlərə xidmət göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu gündən marşrut xətti üzrə kiçiktutumlu avtobuslar ortatutumlu nəqliyyat vasitələri ilə yenilənib.

“Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, noyabrın 13-dən 592 saylı marşrut xətti üzrə elektron (BakıKart) ödəniş sistemi tətbiq ediləcək. Artıq avtobuslarda ödəniş cihazlarının quraşdırılmasına başlanılıb. Bununla yanaşı 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut xətti də noyabrın 13-dən elektron ödəniş sisteminə qoşulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026