• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Bərdədə ər arvadını bıçaqladı

HADİSƏ

24 Fevral 2023 | 22:17 | Müəllif: Subhan Mahmudov

Bərdədə ər arvadını bıçaqladı

Bərdədə ər arvadını bıçaqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə axşam saatlarında Bərdədə məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə baş verib.

Məhəmməd adlı şəxs bir müddət əvvəl ondan ayrılaraq ata evinə gələn həyat yoldaşı Arzu adlı xanıma axşam saatlarında binanın blokunda bir neçə bıçaq zərbəsi endirib. Arzunun qışqırığına çıxan qonşuların müdaxiləsindən sonra Məhəmməd əlindəki bıçaqla binanı tərk edərək hadisə yerindən uzaqlaşıb.

Yaralı qonşuların köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026