• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Bərdədə narkotacirlər saxlanıldı

CƏMİYYƏT

03 Sentyabr 2022 | 09:16 | Müəllif: Subhan Mahmudov

Bərdədə narkotacirlər saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Arzuman Niftalıyev saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar edilib.

Araşdırmalarla A.Niftalıyev narkotik vasitəni Şaxmalı adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlər nəticəsində Ağdam rayon sakini Şaxmalı Cəfərov da saxlanılıb. Onun evində aparılan axtarış zamanı çəkisi 5 kiloqram 200 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026