Hər meyvənin xeyri ilə yanaşı ziyanları da az deyil.
Bakıvaxtı.az xəbər verir ki, almanın da digər meyvələri faydaları və ziyanları var.
Birinci faydalarından başlayaq. Bir böyük almanın tərkibindəki lifdə düşündüyünüzdən daha çox xeyir var. Tədqiqatçılar almanın tərkibində orqanizmi artıq yağlardan xilas edən pektin adlı suda həll olan liflərin olduğu qeyd edilir. Pektin lifinin insanda toxluq hissi yaratdığı və artıq çəki ilə mübarizədə rolunun böyük olduğu da qeyd edirlir.
Bundan başqa, almanın tərkibindəki pektin lifi qandakı xolestrolun səviyyəsini sabit saxlayaraq, bağırsaqların normal işləməsini tənzimləyir, ürək xəstəliklərinə və diabet xəstəliyinin hər iki növünə yoluxma riskini azaldır. Pektin lifinin bağırsaqları xərçəngdən qoruduğu sübut olunub.
Araşdırmalar göstərir ki, sağlam kişilər gün ərzində 38 qr pektin lifi, qadınlar isə 25 qr pektin lifi qəbul etməlidirlər. Böyük bir alma isə sizin gündəlik pektin ehtiyacınızın 13-20 %-ni ödəyir. Alma vitamin C kimi antioksidantla zəngindir və xəstəliklərlə mübarizə aparmaqda daha güclü vasitədir.
İndi isə almanın ziyanlarından danışaq. Hər gün alma yeməyin bir neçə ziyanı var. Belə ki, hər gün alma yemək həzm sistemində köpün yaranmasına səbəb olur. Bəzi insanlar alma və digər bu kimi meyvələrə qarşı allergiya mövcuddur. Buna səbəb almanın tozlu olması, yaxşı yuyulmaması ola bilər .
Almanın dişlərə ciddi təhlükə yaratdığı da sübuy olunub. Müntəzəm olaraq, alma yeyən şəxslərin dişlərində problemin yaranma riski digərlərindən 3,7 dəfə artıqdır.
Ümumiyyətlə, almanın “zərərli” meyvələr sırasında olduğu deyilir. Buna səbəb isə almanın daha çox geni dəyişdirilən meyvə olmasıdır.
Aytac Aslan
















