Xanımlar gözəl və daha baxımlı olmaq üçün müxtəlif krem və vasitələrdən istifadə edirlər.
Bakıvaxtı.az xəbər verir ki, xüsusilə mövsüm dəyişəndə kosmetoloqlar xüsusi tövsiyələr verirlər. Xanımlar ilk növbədə bilməlidirlər ki, istənilən dermatoloji və kosmetoloji prosedurlar təmiz dəriyə tətbiq edilməlidir. Hətta gündəlik istifadə olunan nəmləndirici kremləri də ənənəyə sadiq qalaraq hər səhər təmiz dəriyə çəkmək lazımdır.
Həkim-kosmetoloq Sevinc Abdullayevanın sözlərinə görə, yaydan payıza keçərkən kosmetoloqların tövsiyə etdiyi prosedurlardan biri də üz dərisini ləkələrdən xilas edən pilinqdir. Həkim bidirib ki, pilinq həftədə bir dəfə 10-15 dəqiqə ərzində dəriyə yeridilir: "Onun neçə vaxtdan bir aparılmağı dəridən asılıdır, minimum 3-4, maksimum 7-8 prosedur yerinə yetirilir”.
S.Abdullayeva qeyd edib ki, prosedurlar dəri növünə və yaşa görə fərdi olaraq təyin edilir. Onun dediyinə görə, evdə A, S və E vitaminlərinin qəbul edilməsi kollageni stimullaşdırır, dərini bərpa edir: "Lakin bu, yalnız vitamin qəbul edilməsi və nəmləndirici krem qəbul etməklə başa gəlmir. Dərini daxildən də nəmləndirmək lazımdır. Bunun üçün çoxlu su qəbul edilməlidir".
Aytac Aslan
Bakı 




