• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Bəzi tenderlərdə qaliblər sonra dəyişdirilir" - Vahid Əhmədov

CƏMİYYƏT

24 Iyun 2023 | 12:33

"Bəzi tenderlərdə qaliblər sonra dəyişdirilir" - Vahid Əhmədov

“Dövlətsatınalmaları ilə bağlı şikayətlər var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.

“Keçən il 12 mindən çox dövlət tenderi keçirib, 6,8 milyard vəsait xərclənib. Bu isə dövlət büdcəsinin 20 faizini təşkil edir. Xarici ölkələrdə bu göstərici 30 faizdən çoxdur. Təklif edirəm ki, dövlət satınalamların tətbiq dairəsi genişlənməlidir. 

Bəzi dövlət qurumlarının büdcəsi dövlət büdcəsinin 10-15 faizini təşkil edirlər, amma onlar satınalamlarda ya az iştirak edirlər, ya da iştirak etmirlər”, -deyə  deputat bildirib.

O deyib ki, dövlətsatınalmalarında şəffaflıq və səmərəlilik təşkil edilməlidir: “Təəssüflə qeyd edirəm ki, bəzi tenderlərdə qaliblər sonra dəyişdirilir. Bu kimi qanun pozuntuları var”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026